Mercedes Petronasla müqaviləni uzadıb

Mercedes komandası bu gün verdiyi açıqlamada bildirib ki, Petronas ilə 2026-cı ildən sonra da tərəfdaşlığı davam etdirəcəklər.

F-1.az xatırladır ki, tərəflər 2010-cu ildən bəri bir yerdədirlər. Artıq tərəfdaşlığın 13-cü ili geridə qalıb. Lakin hər iki tərəf bu partnyorluqdan həzz alırlar və buna görə də müqaviləni yeniləmək qərarına gəliblər.

Toto Volff: “Bu gün qeyri-adi iş görürük və dörd il sonra başlayacaq yeni tərəfdaşlıq qururuq. Bu isə o deməkdir ki, biz Petronas-la sadəcə tərəfdaş yox, həm də ailəyik və uzun illər birlikdə hərəkət edəcəyik.

2026-cı ildən etibarən təkmilləşmiş sintetik yanacaqlar hesabına performansımızı göstərəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*