R.Barrikello: “Censona və komandaya görə şadam”

Dünənki sıralanma turu Rubens Barrikello üçün çox uğurlu alınmışdı – braziliyalı sürücü poul qazandığı halda, titula digər iki namizəd yarışa […]

Dünənki sıralanma turu Rubens Barrikello üçün çox uğurlu alınmışdı – braziliyalı sürücü poul qazandığı halda, titula digər iki namizəd yarışa arxa cərgələrdən başlayacaqdılar: Censon Batton 14-cü, Sebastyan Fettel isə 15-ci yerdən. Amma yarışın birinci hissəsində liderlik edən Rubens finişdə hər iki rəqibinə uduzub və nəinki titul uğrunda mübarizəni uduzub, həm də çempionatda ikinciliyi əldən verib…

Rubens Barrikello: “Mən çox məyus oldum, amma komandanın uğuruna şadam. Bizim əla əməkdaşlarımız var, sürətli maşınımız var, mövsümü əla keçirdik, xüsusən də mövsümün əvvəlini.

Censona görə də çox şadam, bizim əla münasibətlərimiz var və o həqiqətən çempion olmağa layiqdir. Bizim mübarizəmiz gərgin alındı, amma Censon ona lazım olan hər şeyi artıq mövsümün birinci yarısında etmişdi. Komanda əla işlədi və nəticədə ikiqat qələbə qazandı – mən şadam ki, Mühəndislər kubokunu qazanmaqda komandaya çox kömək etdim!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*