Mövsümöncəsi testlərin sonuncu seriyası da Barselonada keçiriləcək

Formula1 komandaları mövsümöncəsi testlərin son seriyasını da Barselonada keçirməyi qərara alıblar. Testlər martın 8-11-də, mövsümün ilk yarışından iki həftə əvvəl […]

Formula1 komandaları mövsümöncəsi testlərin son seriyasını da Barselonada keçirməyi qərara alıblar. Testlər martın 8-11-də, mövsümün ilk yarışından iki həftə əvvəl baş tutacaq – Bəhreyn Qran Prisinin təxirə salınmasından sonra mövsüm Avstraliya Qran Prisi ilə başlayacaq.

Xatırladaq ki, mövsümöncəsi testlərin son seriyası Bəhreyndə keçirilməli idi, amma mürəkkəb siyasi vəziyyət üzündən həm testlər, həm də Qran Pri təxirə salınıb.

Adam Parr, Williams komandasının icraçı direktoru: “Əlbəttə, bu bizim hamımız üçün çətin vəziyyətdir, xüsusən də mərhələnin təşkilatçıları üçün, amma aydındır ki, hazırkı vəziyyətdə Bəhreyndə yarış keçirmək mümkün deyil. Biz ölkənin şahzadəsinin testləri və Qran Prini təxirə salmaq barədə qərarını tam dəstəkləyirik. İndi biz mövsümün Melburnda başlamasını gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*