Tsunoda və Stroll siftə ediblər

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda və Aston Martin komandasının pilotu Ləns Stroll xəbərdarlıq cəzası alıblar.

F-1.az bildiri ki, Tsunoda rəqibi Şarl Lekleri əngəlləyib və bu, söz-söhbətə səbəb olub. Yaponiyalı sürücü sürətli dövrəsində olan rəqibini 8-ci döngədə bloklayıb və Lekler əsəbiləşərək sürətli dövrəsini yarımçıq qoyub. Hadisəni araşdıran stüardlar Yukiyə xəbərdarlıq cəzası veriblər.

Ləns Stroll isə Tsunodanı əngəllədiyi üçün xəbərdarlıq cəzası alıb. Beləliklə, Tsunoda və Stroll mövsümün ilk xəbərdarlıq cəzalarını alıblar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*