R.Qrojan: Vassyör işləyə biləcək

Sabiq Formula1 sürücüsü Roman Qrojan Ferrari-nin yeni rəhbəri Frederik Vassyörə güvənir.

F-1.az xatırladır ki, fransalı mütəxəssis yeni mövsümdən etibarən Ferrari komandasının yeni rəhbəri olacaq. Frederik daha əvvəl aşağı seriyalarda, Renault-da və Alfa Romeo-da işləyib. Ferrari kimi komandalarda işləmək təcrübəsi yoxdur.

Roman Qrojan: “Ferrari-də işləmək hamı üçün böyük mübarizədir, amma Vassyör bu işin öhdəsindən gələ bilər. Şarlla yaxşı dostdurlar və bu da komandadakı ab-havaya kömək edəcək. Saynsı da yaxşı tanıyır.

Ferrari-nin builki bolidi güclü olsa da, problemləri var idi. Gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaqlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*