F.Vassyör: Macarıstanda rəqabətədavamlı olacağıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör Macarıstanda qələbə uğrunda mübarizə gözləyir.

F-1.az xatırladır ki, Ferrari komandası Kanada və Avstriya yarışında güclü təsir bağışlasa da, Silverstoundan cəmi 3 xalla ayrıla bilib.

İndi isə daha fərqli quruluşu olan Hunqarorinq yarışında Ferrari-dən yaxşı performans gözlənilir, çünki burada Ferrari-nin yaralı yeri olan sürətli döngələr yoxdur.

Frederik Vassyör: “İndi Budapeştə gedirik. SF23-ə gətirdiyimiz yeniliklərlə irəliyə doğru getməyə qərarlıyıq. Silverstounda yüksəliş tempində geriləmə yaşasaq da, Kanada və Avstriyada irəliyə doğru getmişdik. Artıq inanırıq ki, Şarl və Karlos Hunqarorinqdə əllərindən gələni edəcəklər. Bunun üçün uyğun maşınımız var.

Hər ikisi də bu trası sevir. Bu həftəsonu üçün yaxşı hazırlaşdılar. Bu dar trasda həmişə vacib olan sıralanma turuna xüsusilə diqqət etdilər.

Bu həftəsonu sürücülər hər sessiyada tək təkər dəsti qaydası ilə mübarizə aparacaq. Komandaların yaxın olduqlarını nəzərə alsaq, bu nüansa diqqət etməliyik. Şənbə və bazar günləri öndə mübarizə aparmağı gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*