R.Millener: Tanaka görə güclənməliyik

M-Sport komandasının rəhbəri Riçard Millener bildirib ki, əsas rəqibləri Hyunda i və Toyota ilə müübarizə apara bilərlər.

F-1.az xatırladır ki, M-Sport komandası keçən ilə Ford Puma Rally1 ilə 13 yarışda cəmi sadəcə 1 qələbə qazana bilib. Onların builki heyəti – Ott Tanak və Pyer-Lui Lube – çox güclüdür. Tanak 2019-cu ilin Dünya Çempionudur.

Riçard Millener: “Tanakın gəlməsi ilə komandada əhval-ruhiyyə yüksəldi. Təbii ki, çətinliklrə var. Özümüzü təkmilləşdirməliyik. Ottun uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Stabil olub, hər yarışdan xallar qazanmalıyıq.

Komandadakı hər kəsin məsuliyyətli işləyəcəyinə əmin olmalıyıq. Ott və bütün komanda üçün ən yaxşı performansı göstərməliyik. Bunu etmək üçün Monte Karloya qədər əlimizdən gələni edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*