Qətər Bəhreyni əvəz edəcək?

Son illər Qətər yarışının təqvimdə yer alması bir neçə dəfə mətbuatda müzakirə olunub, son aylarda isə bu mövzu daha da […]

Son illər Qətər yarışının təqvimdə yer alması bir neçə dəfə mətbuatda müzakirə olunub, son aylarda isə bu mövzu daha da aktuallaşıb.

Noyabr ayında Frənk Uilyams Aspire4Sport konfransında bu mövzuya toxunmuşdu, bir ay əvvəl Avstraliya Qran Prisinin təşkilatçıları da Melburn mərhələsini əvəz edə biləcək traslar siyahısında birinci Qətərin adını çəkmişdilər, amma əsas səbəb Bəhreyndə mövsümün ilk yarışını təxirə salan ölkəni bürüyən siyasi iğtişaşlar olub.

Qətər dünya idman cəmiyyətinə sürətlə daxil olub – Losaildə müasir avtodrom tikilib, MotoGP və digər seriyaların yarışı süni işıqlandırma altında keçirilir.

Əgər Bəhreyndə vəziyyət normallaşmasa, Formula1-in rəhbərliyi regionda qalmaq üçün mərhələni Qətərə keçirə bilər – bunun üçün zəruri vəsaitlər var, yerli əhali arasında idmana maraq da yüksəkdir: yayda bəzi Formula1 komandaları bu trasda şou keçirəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*