A.Prost: “Şumaher düzgün qərar qəbul edib”

Alen Prost Mixael Şumaherin Formula1-ə qayıtmaq arzusunu başa düşür, amma hesab edir ki, alman sürücü bu planlardan imtina etməklə dügzün […]

Alen Prost Mixael Şumaherin Formula1-ə qayıtmaq arzusunu başa düşür, amma hesab edir ki, alman sürücü bu planlardan imtina etməklə dügzün qərar qəbul edib…

Alen Prost: “Qayıtmaq arzusunun yox olması üçün vaxt lazımdır. Formula1-i tərk etmək üçün illər lazımdır. Biz Mixaellə müxtəlif səbəblərə görə Formula1-dən getmişik, amma əgər sən rəqabətədavamlı olmuşdunsa, onda səndən yenidən sükan arxasına oturmağı xahiş edəndə yoldan çıxmaq ehtimalı böyükdür.

Amma sağlamlıq üçün risk olduğu üçün Şumaher düzgün qərar qəbul edib. Sürücü üçün boyun orqanizmin vacib hissəsidir, əgər boynun ağrıyırsa, onda tezliklə örəyin bulanacaq və gözündə hər şey ikiləçəcək.

Düzdür, hələ məlum deyil, o öz planlarından sağlamlığı üzündən əl çəkib, yoxsa qarşısında duran vəzifələrin çətinliyini başa düşüb.

O Formula1-də üç il çıxış etməyib və indi hazırlıq üçün cəmi üç həftə vaxtı var idi. Sənin orqanizmin çox tez dəyişir, yarışları dayandıranda reaksiyan zəifləyir, gözün itiliyi keçir. 1993-cü ildə səkkizaylıq fasilədən sonra mən Formula1-ə qayıdanda formamı bərpa etmək çox çətin idi. Bəlkə Şumaherə daha çox vaxt lazımdır.

1994-cü ildə McLaren komandası məndən yenidən sükan arxasına oturmağı xahiş etdi, mən üç gün testlərdə çalışdım və dərhal başa düşdüm ki, nəsə əvvəlki kimi deyil. Mən sürətli idim, amma özümdə mübarizə iradəsi hiss etmədim, mətbuatla ünsiyyətə vaxt itirmək istəmədim. Daha bir ildən sonra Jan Todt mənə təklif etdi ki, Şumaherin komanda yoldaşı olum və ona Ferrari üçün titul qazanamqda kömək edim. Əvvəldən nəzərdə tutulmuşdu ki, mən iki nömrəli sürücü olum, amma problem bunda deyildi: mən demək olar ki, razılaşmışdım, amma nəticədə təklifə elə həmin səbəbə görə imtina etdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*