Z.Braun: Lando İndy500-də yarışmaq istəyir

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Lando Norris İndy500-də yarışmaq istəyir.

F-1.az xatırladır ki, İndy500 yarışı Monako Qran Prisi və 24 saatlıq Le Man marafonu ilə birlikdə ən prestijli 3 yarışdan biri sayılır.

Zek Braun: “Lando norris bizə İndy500-də yarışmaq istədiyini dedi. İlk dəfə Fernando Alonsonu İndy500-də yarışdırmışdıq və bu əla təcrübə idi. Ancaq hazırda Formula1-dəki yarış təqvimi çox gərgindir, amma sürücülər yarışmağı sevirlər. Norrisin istəyini reallaşdıra bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*