Porsche idmana gəlməyəcək?

Almaniya mətbuatının verdiyi xəbərə görə Porsche artıq Formula1-ə gəlməkdən imtina edib.

F-1.az xatırladır ki, almaniyalı avtomobil istehsalçısı Red Bull ilə tərəfdaşlıq imzalayaraq, idmana gəlmək istəyirdi, amma “qırmızı öküzlər” onların şərtlərini qəbul etməmişdilər.

Bundan sonra Porsche başqa tərəfdaşlar axtarsa da, hələki səs-soraq yoxdur. Hətta, almaniyalı avtomobil istehsalçısının fikrinin dəyişdiyi deyilir. Almaniya mətbuatı xəbər verib ki, Porsche-nin idarə heyəri Formula1-ə gəlməkdən artıq imtina edib.

Xəbərdə deyilir ki, Porsche idmana gələn kimi qələbə uğrunda mübarizə aparmaq istəyir və Red Bull-dan başqa heç bir komanda ilə bu mümkün deyil.

Oktyabrın 15-ə kimi istehsalçılar yeni mühərrik reqlamenti üçün qeydiyyatdan keçməlidirlər. Porsche-nin növbəti 12 gündə qərar verməsi vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*