Porsche artıq sloqan seçib

Volkswagen Group-un Formula1-ə gəlişi çoxdan müzakirə olunsa da, hələ rəsmən təsdiqlənməyib - FİA-nın Avtoİdman üzrə  Ümumdünya Şurası hələ 2026-cı il mövsümü üçün texniki reqlamentin mətnini elan etməyib.

Gözlənilir ki, 2026-cı ildə Porsche və Red Bull tərəfdaş olacaqlar: komandanın paylarını tərəflər arasında bərabər şəkildə bölünəcək, Audi isə hazırda Alfa Romeo brendi altında çıxış edən Sauber komandasını özəlləşdirəcək.

Keçən həftə, daha doğrusu avqustun 10-da Almaniyanın Patent və Ticarət Nişanları İdarəsinə Porsche tərəfindən yeni ticarət markasının qeydiyyata alınması üçün rəsmi müraciət daxil olub. Almanlar bazara çıxmaq üçün “F1nally” ticarət markasından yararlanmağı düşünürlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*