24 May 2019, Cümə - 17:55

P.Maldonado Williams-ın sürücüsüdür!

P.Maldonado Williams-ın sürücüsüdür!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:27 - 09 Dekabr, 2010

Williams komandası rəsmən təsdiq edib ki, GP2 seriyasının builki çempionu Pastor Maldonado ilə müqavilə bağlayıb – venesuelalı 25 yaşlı pilot […]

Williams komandası rəsmən təsdiq edib ki, GP2 seriyasının builki çempionu Pastor Maldonado ilə müqavilə bağlayıb – venesuelalı 25 yaşlı pilot gələn il Niko Hülkenberqi əvəz etməklə Rubens Barrikellonun komanda yoldaşı olacaq.

Maldonadonun Williams-a gəlməsi barədə şayiələr çoxdan gəzirdi, Abu Dabidə gənc sürücülərin son testlərində isə Pastor FW32-nin sükanı arxasında debüt etmişdi. Müqavilənin bağlanmasına müsbət təsiri sürücünün sponsorları göstəriblər – onlar sürücünün debütü üçün 15-20 milyon dollar vəsait vəd ediblər.

Pastor Madonado: “Williams-ın seçimi mənim üçün böyük şərəfdir, bu mövsüm mənim üçün çox uğurlu keçdi və uğurlu da başa çatdı. Mən Abu Dabidə komanda ilə testlər keçirdim, indi səbirsizliklə tam əməkdaşlığı gözləyirəm və növbəti mövsümə ən yaxşı formada başlamaq istəyirəm. Qışda mən əlimdən gələni edəcəm ki, debütə tam hazır olum və bilirəm ki, komanda gələn mövsümdə rəqabətədavamlı olmaq üçün maksimum çalışacaq.

Gələn il Formula1-də son 30 ildə ilk dəfə venesuelalı sürücü çıxış edəcək, ona görə də mən yaxşı nəticələr göstərməliyəm ki, azarkeşlərin dəstəyinə cavab verim.”

GP2 seriyasında Pastor yeddi qələbə qazanaraq rəqiblərindən üstün olub, amma Williams-ın sahibi Frənk Uilyams gənc sürücünü çoxdan gözaltı edibmiş…

Frənk Uilyams: “Mən ilk dəfə Pastoru 2007-ci ildə Monakoda əla çıxışı zamanı gözaltı eləmişdim. Həmin yarışdan sonra o bir neçə maraqlı yarış keçirmişdi, yaxşı qələbələr qazanmışdı, son çempionatda isə altı ardıcıl qələbə ilə mənim rəğbətimi qazandı.

Əlbəttə, biz artıq onunl yaxından tanışıq – Abu Dabidə Pastor bizim komanda ilə testlərdə iştirak etdi, indi biz onun bacarıqlarını qışda təkmilləşdirməliyik ki, qarşıdakı çempionatda məhsuldar çıxış gözləyək.”

Gələn il komandanın ehtiyat sürücüsü finlandiyalı Valtteri Bottas qalacaq, o paralel olaraq GP3 çempionatında yarışacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo