P.Maldonado 10 yer itirəcək

Sıralanma turunun ikinci sessiyasından sonra Pastor Maldonado FİA-nın tərəzidə çəkilmə proseduruna gəlməyib. FİA-nın kompyuteri təsadüfi şəkildə trasda olan maşınlardan birini […]

Sıralanma turunun ikinci sessiyasından sonra Pastor Maldonado FİA-nın tərəzidə çəkilmə proseduruna gəlməyib. FİA-nın kompyuteri təsadüfi şəkildə trasda olan maşınlardan birini seçir, bu dəfə seçim Maldonadonun üzərində dayanıb, ona işıqforda qırmızı işıq göstərilsə də, sürücü FİA-nın tərəzi olan boksuna girməyib.

Braziliya Qran Prisinin stüardları insidneti araşdıraraq venesuelalı sürücüyə rəsmi xəbərdarlıq elan ediblər. Bu artıq Pastorun mövsümdə üçüncü xəbərdarlığı olub, ona görə də sürücü sabah startda 10 yer itirməli olacaq.

Maldonado sıralanma turunu 6-cı yerdə başa vurmuşdu, onda görə də ilk onluqda vacib dəyişikliklər olacaq. Beləki, titula namizəd Fernando Alonso çirkli 8-ci yerdən deyil, daha təmiz 7-ci yerdən start alacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*