14 Noyabr 2018, Çərşənbə - 15:22

Pirelli Avstraliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Avstraliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

19:11 - 13 Mart, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Avstraliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, italyan təkər təchizatçısı Melburna Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Sürücülərin seçimləri çox rəngarəng olub. Mercedes və Ferrari sürücülərinin fərqli seçim etmələri daha çox nəzərə çarpıb.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG139
Valtteri BottasMercedes AMG229
Sebastyen FettelFerrari337
Kimi RəykkönenFerrari337
Daniel RikkardiRed Bull238
Maks FerstappenRed Bull238
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Ləns StrollWilliams229
Sergey SirotkinWilliams139
Karlos SaynsRenault247
Niko HülkenberqRenault247
Brendon HartliToro Rosso238
Pyer QasliToro Rosso238
Roman QrojanHaas148
Kevin MaqnussenHaas238
Fernando AlonsoMcLaren229
Stoffel VandornMcLaren229
Markus ErikssonSauber238
Şarl LeklerSauber328

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 235
Teqlər , , , , , ,
Paylaş

logo