F.Massa: “Komandanın əhvalını yüksəltməliyik”

Təqaüddən qayıdan Felipe Massa Avstraliya QP-nin sıralanma turunda mükəmməl iş görərək, 7-ci yeri tutub.

F-1.az xatırladır ki, Williams komandası sıralanma turunda debütant sürücüsü Ləns Strolla görə məyus olsa da, təcrübəli sürücüsü Felipe Massanın 7-ci yerinə sevinib.

Felipe Massa: “Altıncı yer bizim üçün gözəl ola bilərdi, amma Roman bu gün gözəl iş gördü. Mən də səhv etdim və ona çatmağım çətin idi. Sabahkı yarışda rəqabətədavamlı olmağı gözləyirəm. Gözəl başlanğıc edərək, komandadakıların əhvalını yüksəltməliyik. Ümid edirəm ki, pis sürprizlə qarşılaşmarıq. Ümumilikdə şənbə günündən razıyam.

Gözəl dövrələr vurdum və dünən yaşadığım problemə baxmayaraq, itirdiyim vaxtı kompensə edə bildik. UltraSoft təkərləri burada ilk dəfə istifadə edirik. Amma Albert Park üçün gözəl seçim olub. Dünən sıralanma tempində işləyə bilməsəm də, nəticədən razıyam. İndi isə dincəlmək və yarışa hazırlaşmaq vaxtıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*