Pirelli gələn mövsümün ilk üç yarışı üçün təkər seçimini elan edib

Pirelli şirkəti bu gün mövsümün ilk 3 yarışına gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xəbər verir ki, gözlənilənlərin əksinə olaraq, təkər reqlamentində heç bir dəyişiklik edilməyib, amma şirkətin komandalara təklif etdiyi tərkiblərdə keçən illə müqayisədə dəyişikliklər var.

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

İtalyan şirkət Melburna 2017-ci ildə olduğu kimi Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. İlk iki tərkib məcburi elan edilib – yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

Bəhreyndə də tərkib seçimində fərq eidlməyib – sürücülər bir il əvvəl olduğu kimi Medium, Soft və SuperSoft tərkiblərindən istifadə edəcəklər, yarışında gedişində isə daha bərk tərkiblər məcburi elan olunub.

Çində isə itlyanlar ixtiyarlarında daha çox tərkibin olmasından yararlanıblar və komandalara yarış üçün Medium və Soft-la birlikdə sıralanma turuna UltraSoft tərkibini təklif ediblər.

Sonda isə bildirək ki, Pirelli-nin növbəti tərkib elanı bizim Azərbaycan Qran Prisi üçün olmalıdır…

Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Avstraliya Qran Prisi Soft SuperSoft UltraSoft
Bəhreyn Qran Prisi Medium Soft SuperSoft
Çin Qran Prisi Medium Soft UltraSoft
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*