P.Hembri: “Komandalar müxtəlif variantları yoxlaya biləcəklər”

Sabah başlayacaq testlər Pirelli-nin mühəndisləri üçün ciddi yoxlama olacaq. Əgər noyabrda Abu Dabi testləri komandalar tərəfindən keçid testlər kimi qəbul […]

Sabah başlayacaq testlər Pirelli-nin mühəndisləri üçün ciddi yoxlama olacaq. Əgər noyabrda Abu Dabi testləri komandalar tərəfindən keçid testlər kimi qəbul edilirdisə və təkər istehsalçısının düzəlişlər etmək imkanı vardısa, indi daha sıx qrafikdə işləmək lazım gələcək, çünki mövsümün startına bir aydan bir az çox vaxt qalıb, ilk yarışlarda konkret hansı tərkiblərdən istifadə olunması isə hələ də müəyyən olunmayıb.

Pirelli-nin idman departamentinin direktoru Pol Hembri hesab edir ki, qarşıdakı testlər vacib məlumat toplamağa imkan verəcək, ona görə də komandalar müxtəlif təkər tərkiblərini yoxlaya biləcəklər…

Pol Hembri: “Biz Valensiyaya bütün təkər tərkiblərini gətirmişik, ona görə də komandalar müxtəlif variantları yoxlaya biləcəklər. Bu testlər bizi vacib məlumatla təmin edəcəklər və qarşıdakı mövsüm üçün ilk nümunə olacaqlar, hərçənd, burda olan hava şəraiti mövsüm ərzində təkrar olmayacaq. Bu testlərin məqsədi komandalara yeni təkərlərə öyrəşməkdə kömək etməkdir ki, komandalar maşının kosntruksiyasına zəruri dəyişiklikləri edə bilsinlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*