Monako-2021: İkinci sərbəst yürüşlər

Şarl Lekler ötürmələr qutusundakı problemə görə ilk məşqləri qaçırmışdı, lakin mexaniklər bunu aradan qaldırıblar və monakolu sürücü bu dəfə trasa ən tez çıxanlardan olub.

F-1.az bildirir ki, proqram ənənəvi olub – hamı optimal sazlanmalara köklənib. Sürücülər Medium təkərlərlə başlasalar da, asfaltla ilişmənin zəif olmasından şikayətləniblər və Soft-lara keçiblər.

Bu dəfə də sessiya insidentsiz ötüşməyib – burada debüt edən Tsunoda “Hovuz”-un çıxışında qəza edib. Sürücü maşını boksa gətirib və daha trasa qayıda bilməyib. Çünki lazım olan ehtiyat hissələri başqa yerdə olduğundan, komanda onları yalnız məşqlər başa çatandan sonra götürə bilib.

Fettel gözünə nəyinsə düşndüyündən şikayətlənsə, proqramını tamamlayıb. Şumaxer 52-ci dəqiqədə qəza edib. Qırıntıların yığışdırılması üçün qırmızı bayraqlar dalğalandırılıb və sessiyanın davam etməməsinə qərar verilib.

Şarl Lekler 1:11.684-lük nəticə ilə ən sürətli olub. Monakoda ənənəvi olaraq, cümə günləri heç bir sessiya baş tutmur. Məşqlər şənbə günü davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:11.684 30
2 55 Karlos Sayns Ferrari 1:11.796 + 0:00.112 32
3 44 Lyuis Həmilton Mercedes AMG 1:12.074 + 0:00.390 28
4 33 Maks Ferstappen Red Bull 1:12.081 + 0:00.397 27
5 77 Valtteri Bottas Mercedes AMG 1:12.107 + 0:00.423 32
6 4 Lando Norris McLaren 1:12.379 + 0:00.695 24
7 10 Pyer Qasli AlphaTauri 1:12.498 + 0:00.814 28
8 11 Serxio Peres Red Bull 1:12.708 + 0:01.024 24
9 99 Antonio Covinatsi Alfa Romeo 1:12.746 + 0:01.062 28
10 5 Sebastyan Fettel Aston Martin 1:12.982 + 0:01.298 26
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:13.065 + 0:01.381 31
12 14 Fernando Alonso Alpine 1:13.175 + 0:01.491 27
13 10 Ləns Stroll Aston Martin 1:13.195 + 0:01.511 26
14 31 Esteban Okon Alpine 1:13.199 + 0:01.515 28
15 3 Daniel Rikkardo McLaren 1:13.257 + 0:01.573 26
16 63 Corc Rassell Williams 1:13.509 + 0:01.825 32
17 6 Nikolas Latifi Williams 1:13.593 + 0:01.909 31
18 9 Nikita Mazepin Haas 1:14.407 + 0:02.723 26
19 47 Mik Şumaxer Haas 1:14.416 + 0:02.732 25
20 22 Yuki Tsunoda AlphaTauri 1:14.829 + 0:03.145 11
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*