P.di Resta Force İndia-da?

Pol di Restanın Force İndia ilə müqavilə bağlaması barədə şayiələr hələ keçən ilin əvvəllərindən gəzirdi. Britaniyalı sürücü Mercedes-in Gənclər proqramının […]

Pol di Restanın Force İndia ilə müqavilə bağlaması barədə şayiələr hələ keçən ilin əvvəllərindən gəzirdi. Britaniyalı sürücü Mercedes-in Gənclər proqramının iştirakçısıdr və keçən il Hindistan komandasının McLaren Mercedes-lə texniki əməkdaşlığı məlum olanda bir çoxları hesab etdilər ki, Pol tezliklə ya əsas maşının sükanı arxasına oturacaq, ya da test sürücü statusu alacaq.

Amma keçən il heç bir müqavilə bağlanmadı, Pol mövsümü DTM-də keçirdi və üç podium qazandı, bu il isə Formula1-də McLaren və Mercedes rəqibə çevrildilər. Yeni şayiələrə görə, britaniyalı sürücü DTM-də Mercedes-in sükanı arxasında çıxışını davam etdirməklə, Formula1-də McLaren-in test pilotu olacaq. Amma bu gün McLaren-in başçısı Martin Uitmarş bildirib ki, di Resta Force İndia ilə test sürücü müqaviləsi imzalayıb və cümə sərbəst yürüşlərində maşınlardan birinin sükanı arxasında oturacaq…

Martin Uitmarş: “Mən əminəm ki, Pol cümə günlərinin əksəriyyətində Force İndia-nın süknı arxasında trasa çıxacaq. Mən şadam, bu onun üçün ustalığını sübuta yetirməyə əla imkandır və o, əsas maşının sükanı arxasına düşmək üçün əlindən gələni edəcək.

Çempionatda qələbə uğrunda mübarizə apararkən, sərbəst yürüşlrədə əsas sürücülərin əvəzlənməsi imkanı olmur, amma digər komandalarda belə imkan var və belə bir vəziyyətdə Polun şansı var.”

McLaren komandası təcrübəli test sürücüsünü itirib – Pedro de la Rosa mövsümü Sauber-də keçirəcək və bu gün Uitmarş təsdiq edib ki, Qəri Paffet komandanın test sürücüsü kimi işini davam etdirəcək, amma komanda yeni ehtiyat sürücü axtarışındadır…

Martin Uitmarş: “Qəri keçən il simulyatırda 60 gün işləyib, çox güman ki, bu il daha çox işləyəcək, amma onun başqa öhdəlikləri də var, ona görə də bizə ehtiyat sürücü lazımdır.

Biz vəziyyətə nəzarət edirik. Komandanın iki güclü əsas sürücüsü var, onlar Uokinqdə bazada gərgin işləyirlər, amma baxaq görək, mövsümün gedişində vəziyyət necə olacaq. Mənə elə gəlir ki, bu il sürücülər bazarında vəziyyət son illərdə olduğundan aktiv olacaq və bu gün əllərində müqavilə olan sürücülər, sabah azad ola bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*