P.di Resta DTM-də çıxışını davam etdirəcək?

Mercedes hələlik Pol di Restanın Almaniyanın DTM kuzov çempionatında karyerasını davam etdirməsini rəsmi olaraq təsdiqləməyib, amma şotlandıyalı sürücü ümid edir […]

Mercedes hələlik Pol di Restanın Almaniyanın DTM kuzov çempionatında karyerasını davam etdirməsini rəsmi olaraq təsdiqləməyib, amma şotlandıyalı sürücü ümid edir ki, Force İndia-nın üçüncü sürücüsü olmaqla yanaşı digər yarışlarda da iştirak edə bilər…

Pol di Resta: “İki yarış proqramı böyük təcrübə toplamaq imkanıdır, bunu Force İndia da baaş düşür – komanda mənim digər seriyalarda çıxışıma qarşı deyil, DTM-də isə mənim Formula1 komandası ilə müqaviləmi alqışladılar.

Məncə, mən bu iki seriyanı paralel keçirə bilərəm. Fərqləri çox böyükdür, tez-tez adaptasiya olmaq lazım gələcək, amma buna sadəcə öyrəşmək lazımdır. Özünü lazımi formada saxlamaq çox vacibdir.”

Şayiələrə görə, di Resta gələn il Force İndia komandasının əsas sürücülərindən biri olacaq. Deyilənlərə görə, bu artıq bu il baş verməli idi, amma gözlənildiyinin əksinə olaraq, Adrian Sutil başqa komandaya keçmədi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*