14 Noyabr 2019, Cümə axşamı - 00:02

P.de la Rosa Pirelli-nin son testlərində iştirak edə bilər

P.de la Rosa Pirelli-nin son testlərində iştirak edə bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:18 - 16 Mart, 2011

Pirelli şirkəti Formula1 üçün hazırladığı təkərləri yoxlayacaq yeni test sürücü tapmazdan əvvəl istərdi ki, Pedro de la Rosa son testlərdə […]

Pirelli şirkəti Formula1 üçün hazırladığı təkərləri yoxlayacaq yeni test sürücü tapmazdan əvvəl istərdi ki, Pedro de la Rosa son testlərdə iştirak etsin. Şirkət ümid edirdi ki, Pedro 2011-ci ili Pirelli-nin test sürücüsü kimi keçirəcək, amma keçən həftə Pedro McLaren-ə ehtiyat sürücü kimi qayıtmasını elan edib.

Düzdür, Pirelli-nin hələ bir neçə həftə vaxtı var və yeni test sürücü tapa bilər, amma şirkət de la Rosaya təklif edib ki, İstanbulda keçiriləcək növbəti testlərdə iştirak etsin…

Pol Hembri: “Bizim testlər aprel ayında baş tutacaq, mən çox istəyirəm ki, bu testlərdə bizimlə Pedro işləsin, çünki indiki təkərlərlə o işləmişdi. Bu il biz Toyota şassisini modernizə etmişik, asfalta yatma qüvvəsini artırmışıq, ona görə də istərdim ki, Pedro müqayisələr aparsın.

Bu testlərdən sonra isə probelmlər yarana bilər: digər komandalar bizim de la Rosa ilə əməkdaşlığımızın əleyhinə olacaqlar…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər
Paylaş

logo