Formula1-də bolidlərin üçgünlük təqdimat mərasimi planlaşdırılır

Formula1 sosial şəbəkələrdə 2027-ci il mövsümü üçün bolidlərin təqdimatına həsr olunmuş genişmiqyaslı şou anons edib.

Dünya çempionatının mətbuat xidməti hələlik heç bir təfərrüat açıqlamayıb, lakin görünən odur ki, fevralda bizi 2025-ci il mövsümü ərəfəsində maşınların rəng çalarlarının təqdimatına bənzər tədbir gözləyir. Fərq ondadır ki, bu dəfə hər şey Londonda bir axşam yox, İtaliyada üç gün davam edəcək.

Bir sözlə, 2027-ci il fevralın 18-20 tarixlərini qeyd edirik və qarşıdakı tədbirlə bağlı ətraflı məlumatı gözləyirik.