Mercedes W13-ü təqdim edib

Son 8 mövsümün Dünya Çempionu Mercedes komandası 2022-ci il bolidi W13-ü təqdim edib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçən il Sürücülər Çempionatında Maks Ferstappenə uduzsalar da, bu il yenidən titulu bərpa etmək niyyətindədirlər. Komanda yeni bolidini onlayn formada təqdim edib.

Mercedes komandası 2020-ci ildə irqçiliyə qarşı olduğunu və Black Lives Matter hərəkatını dəstəkədiklərini göstəmək üçün qara rəng çalarına keçmiş və iki il bu rənglə yarışmışdı. Lakin komanda gözlənildiyi kimi bu il ənənəvi gümüş rəngə yenidən qayıdıb. Komandanın əsas sponsoru Petronas və səhmdarı, titul sponsoru İNEOS-un loqotipləri boliddə əsas hissəni zəbt edib.

Boliddə hələ də qara rəng olsa da, bolidin əsasənı gümüşü rəng təşkil edir. İNEOS-un qırmızısı və Petronas-ın mavisi də diqqət mərkəzindədir. Motor qapağında isə MErcedes-in ulduzlarını görürük.

Toto Volff: “Hər şeyə sıfırdan başlayırıq və komandanın zehniyyəti uzun illərdir ki, eynidir. Artıq əvvəlki illərdən heç nə yoxdur. Hazırda necə işlədiyimiz barədə bir fikrimiz yoxdur və məncə, bu doğrudur”.

Qeyd edək ki, Mrercedes komandasının builki sürücüləri Lyuis Həmilton və Corc Rassell olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*