P.Cəkson: “HRT düzgün seçim edib”

İki il əvvəl Bruno Senna və Karun Çandhok GP2 seriyasında iSport komandasında çıxış edirdilər. Yay çempionatında braziliyalı sürücü iki qələbə […]

İki il əvvəl Bruno Senna və Karun Çandhok GP2 seriyasında iSport komandasında çıxış edirdilər. Yay çempionatında braziliyalı sürücü iki qələbə və altı podium qazanaraq mövsümü ikinci yerdə başa vurmuşdu. Çandhok isə bir qələbə və üç podiumla çempionatda onuncu olmuşdu. iSport komandasının başçısı Pol Cəkson şaddır ki, hər iki sürücüsü karyeralarını Formula1-də davam etdirəcək…

Pol Cəkson: “Hər şeydən əvvəl, mən şadam ki, 2008-ci ildə komandamızda çıxış edən hər iki sürücümüz müəyyən çətinliklərdən sonra Formula1-də debüt edəcək. Həmin mövsüm bizim üçün ən yaxşı olmuşdu, ona görə də bu sürücülər istedadlarını realizə etməsəydilər, böyük ədalətsizlik olardı.

Bruno və Karun komandanı motivasiya edirdilər və bir-birilərinə inanırdılar. Heç bir siyasət yox idi, onların hər biri sazlanmaları yoldaşı ilə paylaşırdı – biz çox məhsuldar iş görmüşdük.

Sözsüz ki, mövsümün başlanğıcı komanda üçün çətin olacaq, amma HRT komandası əla müətəxəssisləri toplayıb. Bir az səbirli olmaq lazımdır, ilk problemləri həll etdikdən sonra yaxşı olacaq. Sürücülər isə komandanın dirəyidir, Senna və Çandhoku dəvət eməklə HRT düzgün seçim edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*