E.Okon: “Hülkenberqi əvəz etmək asan olmayacaq”

Gələn il Force İndia komandasında çıxış etməyə hazırlaşan Okon bildirib ki, Hülkenberqi əvəz etmək asan olmayacaq..

F-1.az xatırladır ki, Okon Formula1-də bu mövsüm debüt edib və gələn ildən etibarən Force İndia komandasında çıxış edəcək.

Esteban Okon: “Force İndia mənə güvəndi. Onlarla yaxşı nəticələr almağa çalışacam. Bilirdim ki, Nikonun yerini güclü sürücü ilə doldurmaq istəyirlər. Buna görə də əlimdən gələni edəcəm. Mövsümün ortasında təcrübəsiz sürücü kimi idmana gəlmək asan deyildi, amma hər şeyi tez öyrəndim. İnkişafımdan çox razıyam. 2015-ci ildə Force İndia ilə sərbəst yürüşlərə çıxmışdım. Komandada çox adamı tanıyıram. Özümü yad kimi hiss etməyəcəm. Testlərdə ikinci yeri tutmuşdum. Yağışlı və quru havanın olduğu çətin bir gün idi. Amma həzz almışdım. Ümid edirəm ki, hər şey yaxşı gedər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*