P.Verlyayn: “Manor-da qalmağım problem deyil”

Verlyayn, belə getsə, gələn il Manor komndasında qalacaq. Amma almaniyalı sürücü buna görə məyus deyil..

F-1.az xatırladır ki, bu il Manor komandası üçün yeganə xalı Verlyayn qazansa da, Force İndia komandası Okonu transfer etmək istəyir.

Belə olan halda, Verlyayn Manor komandasında daha bir il qalmalıdır. Amma almaniyalı gələcəkdə Mercedes komandasında yarışmaq istəyir və buna görə də, Manor komandasında qalmaq onu məyus etmir: “Təbii ki, hədəfim ən yaxşı yerdə olmaqdır. Amma gələn il görək nə olur. Burada qaldığım üçün sevinərəm. İlk yarışdan bəri çox inkişaf elədik. Keçən ilə nisbətən də. Burada olduğum üçün sevincliyəm. Gələn il daha güclü olacağımızı düşünürəm və Manor-da qalmaq gözəl olar.

Deyə bilmərən ki, bolidimiz pisdir. Orta səviyyəli bolidimiz var. Keçən illə müqayisədə fərqli bir komanda olmuşuq. Gələn il də inkişaf edəcəyimizə inanıram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*