C.Rassell: Red Bull artıq çempiondur

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Red Bull artıq çempiondur.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümün ilk yarışı Bəhreyndə çox rahatlıqla qalib gəlib. Mercedes sürücüləri isə sadəcə 5 və 7-ci yerləri tuta biliblər.

Corc Rassell: “Red Bull artıq çempiondur. Bu il heç kim onlarla mübarizə apara bilməyəcək və hətta onlardna başqasının qalib gələcəyini düşünmürəm. Bu mövsüm bütün yarışları qazanacaqlarını düşünürəm. Heç kim onlara yaxınlaşa bilməz.

Bəlkə həmişə poul qazana bilməzlər, çünki Ferrari sıralanma turunda çox güclü olur. Ancaq yarış tempi cəhətdən çox yaxşı vəziyyətdədirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*