P.Vindsor: Ləns komandadan ayrılmaz

Tanınmış analitik kanadalı sürücünün atasına məxsus Aston Martin-i tərk edib-etməməsi ilə bağlı fərziyyələri c.avablayıb.

F-1.az xəbər verir ki, Piterin fikrincə, bu əyləncəli səslənir, lakin baş verəcəyi inandırıcı deyil.

Piter Vindsor: “Görəsən, Ləns Stroll atasına Red Bull kimi başqa komanda üçün yarışacağını desəydi, nə qədər əyləncəli olardı? Onun sahibi olan, oğlunun yarışa bilməsi üçün sərmayə qoyaraq komandanı alan adama bunu demək… Əyləncəli olardı – bütün bunları yalnız fərz etmək olar.

Amma bunun baş verəcəyini düşünmürəm, çünki Lourens Strollun Formula1-də olmasının əsas məqsədi Lənsə yarışmaq imkanı verməkdir. Mən əmin deyiləm ki, Ləns başqa komandanın maşınına minə bilər, ona görə də hekayənin sonu belə olardı”.

Xatırladaq ki, gənc sürücü cari mövsümdə təcrübəli komanda yoldaşı Fernando Alonsoya ilk 8 yarışdan sonra böyük fərqlə uduzur. İspan sürücü artıq 6 dəfə podiuma yüksəlsə də, Strollun ən yaxşı nəticəsi dördüncülük olub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*