P.Lou Mercedes-i tərk edib

Son iki ayda gəzən şayiələr təsdiq olunub - çempion komandanın texniki direktoru Pəddi Lou komandasını tərk edib.

F-1.az artıq xəbər vermişdi ki, Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou Williams komandasında rəhbər vəzifələrdən birini tutmaq üçün çempion komandasını tərk edəcək. Britaniyanın SkySports resursu bildirib ki, keçidin birinci hissəsi baş tutub – Lou artıq Mercedes-dən gedib.

Mercedes komandası xəbəri şərh etməkdən boyun qaçırıb. Lounun Williams-la müqaviləsinin bu günlərdə təsdiq olunması gözlənilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*