S.Sirotkin: “Get-gedə güclənirik”

Williams komandasının sürücüsü Sergey Sirotkin bildirib ki, Çin yarışından etibarən orta qrupa yaxınlaşıblar.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası Bəhreyn və Çin yarışlarının sıralanma turunda keçənilki bolidlərindən yavaş olub.

Sergey Sirotkin: “Çətin yarış idi, amma yarışa yaxşı başladıq. İtiriləcək heç nəyim yox idi və buna görə də maksimumu almağa çalışdım. Birinci və ikinci döngədə xarici trayektoriyada qaldığım üçün geriyə düşdüm. Məyus oldum, çünki önümdə rəqiblərim mübarizə aparırdılar. Ləns bundan yaxşı istifadə etdi. Geridə qalmasam, mən də edə bilərdim. Xal şansımız yox idi, amma bu dəfə yaxın idik. Ən azından orta qrupla mübarizə apara bildik və geridə qalmadıq. Bu, yaxşı haldır. Növbəti yarışlar üçün heç nəyə söz verə bilmərəm. Ancaq düzgün yoldayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*