P.de la Rosa: Alonso möhtəşəmdir

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa bildirib ki, Fernando Alonso sonuncu Mayami yarışında mükəmməl olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mayami yarışında çox rahatlıqla podiuma yüksələrək, xal hesabını 75-ə çatdırıb.

Perdro de la Rosa: “Həftəsonu ərzində yaxşı yox, mükəmməl idi. Görürsünüz, şənbə günü çox balanssız idi. Sıralanma turunun birinci sessiyasında çox problemlər yaşadıq və onlar olmasa, Ləns Stroll da yarışı onluqda bitirə bilərdi.

Fernando isə qüsursuz sürdü. Yarışın ilk hissəsində Karlos onu sıxsa da, Medium təkərlərə yaxşı nəzarət etdi və buna təəccübləndim. Təzyiq altında ikən, arxadakı sürücü ötürmələr qutunuza qədər gəlibsə və hər düzlükdə DRS açıb sizə yaxınlaşırsa, təkərləri qorumaq heç də asan olmur.

Həftəsonu maraqlı idi, çünki şənbə günü üçüncü sərbəst yürüşlərdə problemlər yaşadıq. Fərqli sazlanmalar sınamağa çalışdıq və sonda ideal sazlanmalara qayıtdıq. Sazlanmaları tanısaq da, tras yeni olduğu üçün bura uyğunlaşmaq asan deyildi. Məncə, komanda Mayamidə yeni məlumatlar topladı və çox şey həll edildi. Özü də yaxşı xallar qazandıq. Daha yaxşısı da ola bilərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*