15 Dekabr 2019, Bazar - 07:04

Ötmələrin sayı dəyişməyib

Ötmələrin sayı dəyişməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:16 - 17 Avqust, 2009

Builki mövsümə reqlament hazırlayarkən FİA-nın qarşısında duran əsas məsələlərdən biri də ötmələrin sayını artırmaq idi. Bir neçə il xüsusi işçi […]

Builki mövsümə reqlament hazırlayarkən FİA-nın qarşısında duran əsas məsələlərdən biri də ötmələrin sayını artırmaq idi. Bir neçə il xüsusi işçi qrup məlumatları təhlil edib təkliflər hazırlamışdı ki, bu təkliflər də yeni reqlamentdə əks olunmuşdu, amma bahalı dəyişikliklərdən effekt əldə olunmayıb – mövsümün ilk yarısında ötmələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə heç dəyişməyib…

Britaniyanın F1Racing jurnalının jurnalistləri FİA-nın rəsmi statistikasına əsaslanaraq birinci dövrədən başqa digər dövrələrdə edilmiş ötmələrin saylarını müqyisə ediblər:

Qran Prilərdə keçənilki/builki ötmələrin sayı:
Avstraliya QP – 13/22
Malayziya QP – 5/16 (yağış)
Çin QP – 9/54 (yağış)
Bəhreyn QP – 13/16
İspaniya QP – 2/4
Monako QP – 21 (yağış)/4
Türkiyə QP – 11/9
B.Britaniya QP – 32/9
Almaniya QP – 19 (Hokkenhaym)/16 (Nürburqrinq)
Cəmi: 125/150


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər
Paylaş

logo