Buna baxmayaraq, artıq üçüncü ildir ki, Çin mərhələsi şənbə sprinti formatında keçirilib.
Cümə günü Corc Rassellin dominantlığı ilə keçib. Britaniyalı sürücü yeganə məşq sessiyasında və sprint təsnifatında ən yaxşı nəticəni göstərib, onun gənc italiyalı komanda yoldaşı Kimi Antonelli isə hər iki sessiyada ikinci olub. Digərləri xeyli geri qalıb, amma intriqa qalmaqda davam edib – mövsümün əvvəlində Mercedes maşınları startlarda o qədər də yaxşı çıxış etmədiyi üçün rəqiblər bundan istifadə etməyə ümid edir.
Start düzülüşündə ilk cərgəni Mercedes sürücüləri bölüşüb. İkinci cərgədən Lando Norris və Lyuis Həmilton, üçüncü cərgədən isə Oskar Piastri və Şarl Lekler başlayıb. Williams komandası Aleks Elbonun maşınının sazlanmalarını dəyişdiyi üçün qapalı park qaydalarını pozub və Aleks pit-leynindən start alıb. Şanxayda sprint yarışının məsafəsi 19 dövrədir.
Pirelli Şanxaya “orta” üçlük şinləri gətirib – C2, C3 və C4 tərkibləri müvafiq olaraq Hard, Medium və Soft rolunu oynayıblar. Həcər Soft, Louson və Alonso Hard təkərləri seçib, qalan bütün sürücülər Medium ilə başlayıb.
Startda Həmilton üç mövqe qazanaraq liderliyə yüksəlib. Arvid Lindblad isə yerində fırlanıb. Antonelli və Ferstappen pis start alaraq hərəsi altı mövqe itirib, Hülkenberq isə səkkiz pillə geriləyib.
Stüardlar Həcər və Antonelli arasındakı insidenti araşdırıb və Kimi rəqibini trasdan sıxıb çıxardığı üçün 10 saniyə cəza alıb.
Rassell bir neçə dəfə irəli çıxmağa çalışıb – Həmiltonun düzlüklərdə batareyası boşalanda onu keçib. Lakin Həmilton enerjini bərpa edib və yenidən liderliyə qayıdıb. Lekler isə onların arxasında gedərək mübarizəni izləyib, təkərlərini qoruyub və aktiv hücum etməyə tələsməyib.
Həmilton və Rassell bir neçə dəfə yerlərini dəyişiblər, lakin 6-cı dövrədə Rassell yenidən liderliyə yüksəlib və az da olsa fərq yarada bilib. Lekler Həmiltona təzyiq göstərib və 8-ci dövrədə onu keçməyi bacarıb.
Antonelli isə dördüncü yer uğrunda mübarizədə Norrisi geridə qoyub. 9-cu dövrədə Həmilton Leklerə hücum edib, lakin Şarl mövqeyini qoruyub. Onların mübarizəsindən istifadə edən Antonelli fərqi azaldıb.
Hülkenberq 16-cı yer uğrunda mübarizədə Saynzı keçib. Antonelli Həmiltonu təzyiq altında saxlayıb. Lyuis müdafiə olunub, lakin 12-ci dövrədə mübarizə batareyadan daha yaxşı yararlanan Kiminin xeyrinə başa çatıb.
Lindblad boksa qayıdaraq yarışı dayandırıb. Bottasdan da yarışı tərk etməsi xahiş olunub – onun güc qurğusu güc itirib. Hülkenberq isə tras üzərində maşını saxlayaraq mübarizəni dayandırıb. Antonelli ikinci yer uğrunda mübarizədə Lekleri keçib.
Hülkenberqin maşınını təxliyə etmək üçün Təhlükəsizlik Maşını (TM) trasa çıxıb və bir çox sürücü bundan istifadə edərək təkərlərini dəyişib. Peres təhlükəsizlik avtomobili arxasında qaydaları pozduğu üçün 5 saniyə cəza alıb.
17-ci dövrədə restart elan olunub. Rassell liderliyini qoruyub. Antonelli Bermanı, Piastri Lousonu, Həmilton isə Norrisi keçə bilib. 18-ci dövrədə Antonelli Lousonu, 19-cu dövrədə isə Piastrini geridə qoyaraq beşinci yerə yüksəlib.
Corc Rassell Şanxayda keçirilən şənbə sprintində qələbə qazanıb. Şarl Lekler qalibdən cəmi 0.6 saniyə geri qalaraq ikinci olub. Lyuis Həmilton isə mini yarışı üçüncü yerdə başa vurub.
İndi isə növbədə bazar günü keçiriləcək Qran Pri üçün əsas təsnifatdır.
| S | # | Sürücü | Komanda | Nəticə | Pit |
| 1 | 63 | Corc Rassell | Mercedes | – | 1 |
| 2 | 16 | Şarl Lekler | Ferrari | +0.674 | 1 |
| 3 | 44 | Lyuis Həmilton | Ferrari | +2.554 | 1 |
| 4 | 1 | Lando Norris | McLaren | +4.433 | 1 |
| 5 | 12 | Kimi Antonelli | Mercedes | +5.688 | 1 |
| 6 | 81 | Oskar Piasrti | McLaren | +6.809 | 1 |
| 7 | 30 | Lyam Louson | Racing Bulls | +10.900 | 0 |
| 8 | 87 | Oliver Berman | Haas | +11.271 | 0 |
| 9 | 1 | Maks Ferstappen | Red Bull | +11.619 | 1 |
| 10 | 31 | Esteban Okon | Haas | +13.887 | 0 |
| 11 | 10 | Pyer Qasli | Alpine | +14.780 | 0 |
| 12 | 55 | Karlos Sayns | Williams | +15.753 | 0 |
| 13 | 5 | Qabriel Bortoleto | Audi | +15.858 | 0 |
| 14 | 43 | Franko Kolapinto | Alpine | +16.393 | 1 |
| 15 | 6 | Ayzek Həcər | Red Bull | +16.430 | 1 |
| 16 | 23 | Aleksander Elbon | Williams | +20.014 | 1 |
| 17 | 14 | Fernando Alonso | Aston Martin | +21.599 | 0 |
| 18 | 18 | Ləns Stroll | Aston Martin | +21.971 | 1 |
| 19 | 11 | Serxio Peres | Cadillac | +28.241 | 1 |
| 20 | 27 | Niko Hülkenberq | Audi | mexaniki problem | 0 |
| 21 | 77 | Valtteri Bottas | Cadillac | mexaniki problem | 0 |
| 22 | 41 | Arvid Lindblad | Racing Bulls | mexaniki problem | o |





