Okon: Biz hələ də yarış tempi üzərində işləməliyik

Alpine komandasının sürücüsü Esteban Okon üçün sonuncu İspaniya Qran Prisi ardıcıl üçüncü uğurlu yarış olub.

F-1.az xəbər verir ki, Barselonada maşın Monakoda qazanılan uğuru təkrarlamağa imkan verməsə də, fransalı sürücü finişdə 8-ci yeri tutmaqla vacib xallar qazanıb.

Esteban Okon: “Əhvali-ruhiyyə hələ də yaxşıdır, çünki deyə bilərik ki, ardıcıl iki həftəsonu bizim üçün sadəcə əla keçdi – Monako və Barselonada mən 19 xal qazandım və buna Pyer Qaslinin nəticələrini də əlavə etsəniz, bundan daha çox nəticə əldə edəcəksiniz.

Bu iki mərhələdə çox məhsuldar işlədik. Baxmayaraq ki, əlbəttə, bir həftə əvvəl podiuma qalxa bildik və indi 8-ci yerdə başa vurduq, ona görə də təəssüratlar tamamilə birmənalı deyil, lakin ümumilikdə kifayət qədər müsbətdir. Komanda son vaxtlar tətbiq etdiyimiz yeniliklərin təsirli olmasından çox məmnundur, lakin biz hələ də yarış tempi üzərində işləməliyik.

Sıralanma turunda biz hər iki yarışda – həm Monakoda, həm də Barselonada çox yaxşı çıxış etdik və bununla fəxr edə bilərik. Ümid edirəm ki, biz sıralanma turunda artıq sabitliyə nail ola bilmişik, lakin yarışlarda biz eyni səviyyədə qalırıq və indi buna maksimum diqqət yetirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*