E.Okon: “Mübarizə sona qədər davam edəcək”

Mercedes komandasının ehtiyat sürücüsü Esteban Okon bildirib ki, Bottas və Həmilton arasındakı mübarizə sona qədər davam edəcək.

F-1.az xatırladır ki, Bottas və Həmilton hazırda hərəyə iki qələbə qazanıblar və sürücülərin müvafiq olaraq 87 və 86 xalları var.

Esteban Okon: “Mercedes-də mükəmməl abu-hava var. Hər il rekordları alt-üst edən komandanın bir üzvü olmaq inanılmazdır. Burada hamı motivasiyalıdır. Uğur qazanmaq üçün hər şeyə sahibik. Təbii ki, Lyuis də Bottasın arxasında qalmaq istəmir. Onu qabaqlamağa çalışacaq. Məncə, mübarizə son yarışa qədər davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*