N.Rosberqin ardıcıl yeddinci uğurlu finişi

Williams sürücüləri üçün fərqli strategiya seçmişdi. Kazuki Nakacima ağır maşınla 17-ci yerdən start alıb və daha gec pit-stop sayəsində bir […]

Williams sürücüləri üçün fərqli strategiya seçmişdi. Kazuki Nakacima ağır maşınla 17-ci yerdən start alıb və daha gec pit-stop sayəsində bir neçə mövqe qazana bilib, amma partlamış təkər bütün ümidləri puç edib. Niko Rosberq yeddinci yerdən start almaqla yarışı beşinci yerdə başa vurub – alman sürücü son yeddi yarışda komandası üçün xal toplayır, bu Nikonun karyerasında rekord nəticədir…

Niko Rosberq: “Mən yarışdan həzz aldım, hərçənd isti hava vəziyyəti çətinləşdirirdi. Yeddinci yerdən start aldıqdan sonra beşinci nəticəni yaxşı qəbul etmək olar, biz yenə də xal qazandıq. Mən Rəykköneni qabaqlamağa ümid edirdim, amma o bu gün sürətli idi. Bizim maşınımız müxtəlif traslarda rəqabətədavamlıdır, komanda onun inkişafı üzərində işləyir, ümid edirəm ki, tezliklə biz podiuma qalxa biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*