18 Avqust 2019, Bazar - 18:10

L.Həmilton: “Şəxsi həyatım barədə heç kimdən icazə almayacam”

L.Həmilton: “Şəxsi həyatım barədə heç kimdən icazə almayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

13:14 - 24 Sentyabr, 2016

Lyuis Həmilton 3 yarışda qalib gələ bilmədikdən sonra ona ünvanlanan tənqidlərə cavab verib…

F-1.az xatırladır ki, Həmilton son 3 yarışda Rosberqdən geridə qalıb və britaniyalının gecə həyatı və idmana olan bağlılığı Ceki Stüart və Flavio Briatore tərəfindən sorğulanıb.

Lyuis Həmilton: “Məni bir şey maraqlandırır. O da yaşımdır. Onlardan icazə alası deyiləm. Mən özümü tanıyıram. Çoxlu işlədiyimi bilirəm. Dəyərlərimi bilirəm. Ailəmə olan sevgimi, necə insan olduğumu bilirəm. Həyatımın dadını çıxarıram. Onlar bunu etməyimi istəmirlər. Onlar istəyirlər ki, evə gedim və yeyim-yatım. Ancaq yarışım. Başqa həyatım ola bilməz.

Əvvəl belə idim: Salam. Mən Lyuis Həmiltonam və İngiltərə çempionatını yeni qazanmışam. Formula1 sürücüsü olmaq istəyirəm və sizin bolidinizdə çempion olmaq istəyirəm. Üç il sonra məni komandaya götürdülər və mən 10 il sonra Dünya Çempionu oldum.

Üç dəfə Dünya Çempionu titulunu qazanmış sürücü ona nəyin ilham verdiyini və ağların üstünlük təşkil etdiyi dünyaya zənci sürücünün necə girdiyini başa saldı.

Cool Runnings ən çox sevdiyim filmlərdəndir. Filmdə yamaykalı xizək komandası yox idi. Onlar insanlara “yamaykalı xizək komandasına sponsor olmaq istəyərsiniz” sualını verəndə hamı gülürdü.

Atam deyirdi ki, şirkətlərə gedib, onlardan ilk zənci sürücüyə sponsor olmaq istəyərsinizmi? – deyə soruşun və mən düşünürdüm ki, onlar da eyni reaksiyanı verəcəklər. Kinoda dağa köhnə xizəklə çatanda və hamı onlara baxanda, atamı və özümü təsəvvür edirdim.

Kartinqə yeni gələndə hər şeyimizi bir baqajda gətirmişdik. Rəqiblərimin isə çadırları, böyük maşınları var idi. Biz həvəskar kimi görünürdük. Filmdəki səhnəni xatırladırdıq. Hamı bizə baxırdı. Tək zənci ailə biz idik. Hər həftə eyni şey təkrarlanırdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 462
Teqlər , ,
Paylaş

logo