N.Rosberq McLaren və BMW ilə danışıqları təsdiq edib

Gələn mövsüm üçün müqaviləsini şərh edən Niko Rosberq McLaren və BMW ilə danışıqlar apardığını təsdiq edib… Niko Rosberq: “Mənim vəziyyət […]

Gələn mövsüm üçün müqaviləsini şərh edən Niko Rosberq McLaren və BMW ilə danışıqlar apardığını təsdiq edib…

Niko Rosberq: “Mənim vəziyyət çox sərfəlidir, bir neçə maraqlı variant var – mən McLaren Mercedes-lə müqavilə bağlamağın şərtlərini öyrənirəm, amma Williams-la da danışıqları davam etdirirəm – bu komanda son illərdə mənim üçün çox şeye dib və mən bu insanlara çox etibar edirəm.

Mən hər bir yarışda podium uğrunda mübarizə aparmaq imkanı verən maşın hazırlayan komandada çıxış etmək istəyirəm. Mən növbəti addımı atmaq istəyirəm və vəziyyəti diqqətlə öyrənməliyəm. Mətbuat diqqəti yalnız McLaren-ə yönəltməsin, Williams var, BMW var – mən bütün təfərrüatları söyləmək istəmirəm, hərçənd, alman avtoistehsalçısını təmsil edən komandaya daha çox üstünlük verəcəm.

Mən bu məsələni tez həll etmək istərdim, amma Williams-dan xahiş etmişəm ki, mənə yer saxlasınlar. Ferrari? Bu böyük komandadır, bəlkə nə vaxtsa bu fikir məni maraqlandıracaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*