N.Rosberq gələn ilə variantları nəzərdən keçirir

Qışda Niko Rosberq jurnalistlərə bir neçə dəfə söyləmişdi ki, builki mövsüm Williams komandası ilə müqaviləni uzatmaq üçün həlledici olacaq, gələn […]

Qışda Niko Rosberq jurnalistlərə bir neçə dəfə söyləmişdi ki, builki mövsüm Williams komandası ilə müqaviləni uzatmaq üçün həlledici olacaq, gələn il isə o qələbə qazanmağa imkan verən maşının sküanı arxasına oturmaq istəyir. Autosport qəzetinə müsahibəsində Rosberq etiraf edib ki, artıq variantları nəzərdən keçirir…

Niko Rosberq: “Mən vəziyyəti öyrənirəm, bütün mümkün variantları qiymətləndirməyə çalışıram. Mənə Williams-da həqiqətən rahatdır, biz çoxdan bir yerdəyik və mən bu komandada böyümüşəm – münasibətlərimizi va maşının inkişafı işlərini davam etdirmək əla olardı. İspaniyada biz rəqabətədavamlı idik və bununla komanda süvut etdi ki, maşının inkişafı tempində rəqiblərindən geri qalmır və bizim uğur qazanmaq şansımız var. Komanda sürətli maşın qurub, ilk yarışlardan inkişaf gedir, sonrasına baxarıq.

Mən qələbə qazanmağa imkan verən maşının sükanı arxasında oturmaq istərdim, amma Formula1-də həmişə belə cəmi iki komanda olur, ona görə də səbirli olmaq lazımdır – əgər siz bu şansa layiqsinizsə, o mütləq olacaq. Növbəti mövsüm mənim karyeramda vacib ola bilər. Mən uzunmüddətli sıx münasibətlərin tərəfdarıyam, ona görə də vəziyyəti düzgün qiymətləndirmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*