B.Senna və N.Haydfeld testlərə dəvət olunublar

Lotus Renault GP komandası sabah başlayacaq Xeres testlərinə Bruno Sennanı və Nik Haydfeldi dəvət edib… Təqdimat mərasimində beş ehtiyat sürücüsünü […]

Lotus Renault GP komandası sabah başlayacaq Xeres testlərinə Bruno Sennanı və Nik Haydfeldi dəvət edib…

Təqdimat mərasimində beş ehtiyat sürücüsünü göstərən komanda Robert Kubitsanı əvəz etmək üçün təcrübəli sürücü axtarışındadır. Bruno və Nik testlərin son iki gününü R31-in sükanı arxasında keçirmək şansı alıblar.

Komandanın yaydığı mətbuat relizində deyilir: “Əvvəldən də planlaşdırıldığı kimi, Vitaliy Petrov testlərin ilk iki gününü – cümə axşamı və cümə günü çalışacaq. Sonra – şənbə və bazar günləri sükan arxasına Bruno Senna və Nik Haydfeld otura bilərlər, Nik Robert Kubitsanı əvəz edə biləcək sürücü kimi testlərə dəvət olunub. Amma testlərin son qrafiki cümə günü axşam dəqiqləşdiriləcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*