N.Rosberq: “Formula1-də hər şey olur”

Almaniyanın Berliner Zeitung qəzetinə müsahibəsində Niko Rosberq Nelsinyo Pikenin keçənilki Sinqapur yarışındakı qəzasını, FİA-nın Ümumdünya Şurasının bu barədə qəbul edəcəyi […]

Almaniyanın Berliner Zeitung qəzetinə müsahibəsində Niko Rosberq Nelsinyo Pikenin keçənilki Sinqapur yarışındakı qəzasını, FİA-nın Ümumdünya Şurasının bu barədə qəbul edəcəyi qərarı və çempionatdakı vəziyyəti şərh edib…

Niko Rosberq: “Keçən il Sinqapur yarışından sonra bu qəza barədə çox söz-söhbət gəzirdi. Hər şey mümkündür, mən demirəm ki, qəza planlaşdırılmışdı, amma Formula1-də hər şey olurdu.

Mixael Şumaher bir dəfə Monakoda sıralanma turunda maşını saxlamışdı, yeddiqat dünya çempionu bunu təsadüfən eləməz, belə bir şey təsadüfən Formula1-in istənilən sürücüsü ilə ola bilməz. Nə demək olar, əgər FİA-nın Ümumdünya Şurası keçənilki yarışın qalibini dsikvalifikasiya etsə, onda mən ilk qələbəmi qazanacam, axı o zaman mən ikinci olmuşdum.

Titul uğrunda mübarizə? Sebastyan Fettelin şansı var, amma motor problemləri də var, həm də onlar geriqalmanı aradan götürmək üçün hər yarışda dubl etməlidirlər. Mən hesab edirəm ki, Batton üstünlüyünü qoruyub saxlayacaq, bunun üçün yerdə qalan yarışlarda daim xal qazanamq kifayətdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*