N.Hülknenberq cərimə olunub

Avstraliya Qran Prisinin stüardları Niko Hülkenberqi sərbəst yürüşlər zamanı pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər. Pit-leyndə sürət həddi 60 […]

Avstraliya Qran Prisinin stüardları Niko Hülkenberqi sərbəst yürüşlər zamanı pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.

Pit-leyndə sürət həddi 60 km/saat olduğu halda, Niko 68.6 km/saat sürətlə hərəkət edib və buna görə də, FİA-nın kassasına 1800 Avro ödəməli olacaq.

Bundan başqa stüardlar Pedro de la Rosanın iştirakı ilə insidenti də araşdırıblar və rəqiblərini bloka saldığı üçün sürücüyə xəbərdarlıq elan olunub…