24 Avqust 2019, Şənbə - 13:07

Testlərin gedişinə hava şəraiti mane olmayacaq

Testlərin gedişinə hava şəraiti mane olmayacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:05 - 16 Fevral, 2019

Son illərdə mövsümdən əvvəl yalnız iki dördgünlük test sessiyası keçirilir – bundan sonra maşınlar Melburna göndərilirlər, ona görə də mövsümöncəsi testlərin hər bir günü olduqca vacibdir.

F-1.az bildirir ki, pis hava şəraiti və ya nasazlıq üzündən vaxt itkisini kompensə etmək çox çətin olur, amma bu dəfə meteoroloqlar komandaları sevindiriblər.

Test günlərinə verilən hava proqnozu yalnız testlərin ilk gününə 10% ehtimalla yağış vəd edir. Səhərlər hava soyuq olsa da (+5-7 dərəcə), günorta havanın +14-15 dərəcəyədək qızması gözlənilir – Barselonada əsl bahar havasıdır.

Testlər bazar ertəsi başlayacaq – sürücülər 4 gün işlədikdən sonra kiçik fasilə elan olunacaq, fevralın 26-da isə bir daha Barselonada toplaşacaqlar. Mövsümün ilk yarışı isə martın 17-də Melburnda baş tutacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər ,
Paylaş

logo