N.Haydfeld Şumaherin rekordunu təkrarlayıb

Nik Haydfeldin rəsmi saytında maraqlı material dərc olunub: alman sürücü Bəhreyndə Mixael Şumaherin rekordunu təkrarlayıb – 24 yarış ardıcıl finiş… […]

Nik Haydfeldin rəsmi saytında maraqlı material dərc olunub: alman sürücü Bəhreyndə Mixael Şumaherin rekordunu təkrarlayıb – 24 yarış ardıcıl finiş…

“Bəhreyn Qran Prisi BMW Sauber üçün uğursuz yarışlardan biri olub – startdan sonra baş vermiş insident nəticəsində Nik Haydfeld və Robert Kubitsa peletonun sonuna düşüblər və bütün yarışı orda keçiriblər, amma Nik Mixael Şumaherə məxsus olan rekordu təkrarlayıb. 2001-ci ildən 2003-cü ilədək Mixael Şumaher 24 ardıcıl yarışda finiş xəttini keçə bilmişdi – məhz bu nadir göstəricini Nik Bəhreyndə təkrarlayıb, sonuncu dəfə alman sürücü 2007-ci ildə Yaponiya Qran Prisində motorun imtinasıü zündən finiş görə bilməmişdi.

Nik Haydfeld: “Bu statistikadan mənim xoşum gəlir, amma mən xal qazanmaq istərdim.”

Əgər Nik barselonada da finiş görərsə, onda yeni rekordun sahibi olaacq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*