Şanxayda tibbi helikopterdən imtina edilib

Dünən Çin Qran Prisinin sərbəst yürüşləri faktiki olaraq keçirilməyib - pis hava üzündən tibbi helikopter trasdan 38 km uzaqlıqda yerləşən hospitalın ərazisində yerə enə bilməzdi.

Birinci məşqlər başa çatdıqdan sonra FİA-nın nümayəndələri test ediblər və adi maşınla hospitala yetişməyə çalışıblar, amma buna reqlamentin icazə verildiyi 20 dəqiqədən qat-qat çox vaxt sərf ediblər.

Hava proqnozu bazar gününə də pis hava vəd edir. Yarışın keçirilməsinin tibbi helikopterdən asılı olmaması üçün FİA tədbir görməli olub. Birincisi, trasdan cəmi 5 km məsafədə yerləşən hospitalda xüsusi bokslar hazırlanıb. Sadəcə uzaqda yerləşən hospitalın nevrologiya şöbəsi daha güclü avadanlıqlarla təchiz olunduğu üçün seçim onun xeyrinə edilmişdi, ona görə də yaxınlıqdakı hospitalı da eyni avadanlıqla təchiz ediblər.

İkincisi, qəza zamanı ağır xəsarət almış sürücünün adi maşınla yaxın hospitala çatdırılması üçün polis maşınlarından ibarət eskort trasda növbə çəkəcək.

F-1.az bildirir ki, görülən bu tədbirlər bazar günü yarışın keçirilməsinə təminat verir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*