N.Haydfeld Kubitsanı əvəz edəcək

Lotus Renault GP komandası Nik Haydfeldlə müqavilə bağlayıb – təcrübəli alman sürücü qarşıdakı mövsümdə zədələnmiş Robert Kubitsanı əvəz edəcək. Bu […]

Lotus Renault GP komandası Nik Haydfeldlə müqavilə bağlayıb – təcrübəli alman sürücü qarşıdakı mövsümdə zədələnmiş Robert Kubitsanı əvəz edəcək. Bu həftə Nik Barselona testlərində iki gün işləyəcək…

Nik Haydfeld: “Mən Formula1-ə fərqli şəraitdə qayıtmaq istərdim, amma mən fəxr edirəm ki, belə bir şans qazanmışam. Mən Xeres testlərində maksimum çalışdım, komandanın personalı ilə tanış oldum, maşına öyrəşdim.

Hər şey çox tez alındı, amma mən Ənstoundakı bazada əməkdaşların imkanları və peşəkarlığına valeh oldum. Mən yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm.”

Erik Bulye: “Biz bir neçə çətin həftə yaşadıq və düşdüyümüz vəziyyətə operativ reaksiya verməli idik. Keçən həftə Xeresdə biz Nikə şans verdik və o, doğrudan da yaxşı təəssürat doğurdu. Nik sürətlidir, təcrübəlidir və maşının işini başa düşmək üçün və effektiv əks əlaqənin təmin olunması üçün əla texniki hazırlığa malikdir.

Biz həmişə deyirdik ki, komandanın məqsədi təcrübəli sürücü dəvət etməkdir, biz əminik ki, Nik ideal namizəddir. Biz onu komandada salamlamağa şadıq və onunla artıq Bəhreyndə mövsümə güclü başlamağı səbirsizliklə gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*