E.Okon: Monakodan çıxardığım dərslər Bakıda lazım olacaq

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Monakodan çıxardıqları dərsləri Bakıda istifadə edəcəklər.

F-1.az xatırladır ki, fransalı sürücü daha əvvəl Bakıdakı yarışlarda qənaətbəxş nəticələr əldə edib.

Esteban Okon: “Monakoda cəzaya görə xalsız qaldım. Bu nəticə mənim performansımı əks etdirmədi. Buna baxmayaraq, Monakodan başıuca ayrıldıq, çünki maşının potensialından əmin idik. Oradan çıxardığımız dərsləri Bakıda istifadə edəcəyik.

Bakını sevirəm. Orada həftəsonu ərzində səhv etmək olmaz. Cümə günü trasda çox vaxt keçirib yarışa yaxşı hazırlanmalıyıq. Monakodan sonra burada yarışa yaxşı yerdən başlamaq lazımdır. Keçən il mexaniki problemə görə sadəcə üç dövrə vura bilmişdim. Buna görə də Bakını səbirsizliklə gözləyirəm.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*