15 Dekabr 2019, Bazar - 06:22

N.Hauq: “Sağlamlıq hər şeydən üstündür…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:54 - 13 Avqust, 2009

Mixael Şumaherin Formula1-ə qayıtmasının baş tutmaması xəbəri avtoidman ictimaiyyətini məyus edib, Almaniyanın Motorsport Total saytı bəzi tanınmış adamalrın fikirlərini dərc […]

Mixael Şumaherin Formula1-ə qayıtmasının baş tutmaması xəbəri avtoidman ictimaiyyətini məyus edib, Almaniyanın Motorsport Total saytı bəzi tanınmış adamalrın fikirlərini dərc edib…

Norbert Hauq, Mercedes Motorsport: “Mixael Şumaherin qayıtmasına şad olan hər bir kəs məyus oldu. Amma sağlamlıq hər şeydən üstündür, bu danılmazdır. Əvvəldən aydın idi ki, son sözü tibbi müayinədən sonra həkimlər deyəcəklər.”

Adrian Sutil, Force İndia: “Bu bütün azarkeşlər üçün və bütün Formula1 üçün kədərli xəbərdir. Ümidlər böyük idi və biz hamımız Mixaelə görə sevinirdik. Amma o risk etməməyə üstünlük verdi, çünki formasını bərpa etdiyinə 100% əmin deyil.”

Yohen Mass, keçmiş Formula1 sürücüsü: “Deyə bilmərəm ki, mən məyus olmuşam, çünki risk böyük idi və bu yaxşı nəticə verməyəcəkdi.”

Ralf Şumaher, keçmiş Formula1 sürücüsü, Mixaelin kişik qardaşı: “Boyun fəqərəsində çatın olmasını nəzərə almamaq mümkün deyil.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 274
Teqlər
Paylaş

logo