M.Ferstappen: “Həmiltondan sürətliyik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Sinqapurda qələbəyə əsas namizədlərdəndir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə sərbəst yürüşlərində lider Həmiltondam 0.1 saniyə geridə qalaraq, ikinci olub.

Maks Ferstappen: “Bu gün Lyuisdən geri qalmağımızın önəmi yoxdur. Boliddə özümü yaxşı hiss edirəm və maşın hər iki sessiyada əla işlədi. Amma daha da güclənə bilərik. Son sektorda önümdə 3-4 bolid var idi. Buna görə də nəticəmi Hard təkərlərə nisbətən 0.2 saniyə yaxşılaşdıra bildim. Lyuis də, biz də güclü görünürük. İlk gündən razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*